Reklam resmi
Reklam resmi

Eldar Əzizov: “Özümüzü Fransa ilə müqayisə edə bilərik”

Eldar Əzizov: “Özümüzü Fransa ilə müqayisə edə bilərik”
Cəmiyyət

"İşğaldan azad olunan ərazilərdə işlər ildırım sürəti ilə aparılır".

Ajans.az xəbər verir ki, bunu Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib.

O bildirib ki, ölkədə bütün sahələrdə olan inkişaf prokurorluq orqanlarında da müşahidə olunur - deyə bildirib.

"İşğaldan azad olunan ərazilərdə işlər ildırım sürəti ilə həyata keçirilir. Həmin ərazilərlə yanaşı, paytaxtda və digər regionlarda də inkişaf gedir, islahatlar aparılır. Digər postsovet ölkələrində durğunluq var, lakin bizim ölkəmizdə inkişaf sürətlə gedir.

Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir. Biz bu gün özümüzü Fransa ilə də müqayisə edə bilərik. Lakin biz hazırda postsovet ölkələri ilə müqayisədə xeyli irəliləyik. Balaca ölkə olsaq da, sözümüz keçir".

Mövzular:
Eldar Əzizov Bakı 102-ci ildönüm Heydər Əliyevin anadan olması Bakı şəhər icra hakimiyyətinin başçısı

Digər Xəbərlər