Reklam resmi
Reklam resmi

Yeni açılan yolda hərəkət məhdudlaşdırılacaq

Yeni açılan yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət

Böyükşor-Pirşağı yeni avtomobil yolunun 1,3-cü km-lik hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Ajans.az xəbər verir ki, bu barədə Avtomobil Yolları dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudlaşdırılma yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədardır:

“Hərəkətin məhdudlaşdırılması 10 may səhər saat 09:00-dan başlayaraq bir-neçə saat ərzində qüvvədə olacaq. Sürücülərin alternativ yol ilə hərəkəti təmin olunacaq”.

Mövzular:
Böyükşor-Pirşağı hərəkət məhdudlaşdırılacaq yeni avtomobil yolu

Digər Xəbərlər