İş adamı borclarına görə betona BASDIRILDI - DƏHŞƏT
Çelyabinsk vilayətinin Kasli şəhərində betonla örtülmüş meyit tapılıb.
Ajans.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.
Cinayətin qurbanı “Tixomirovka” SNT-də torpaq sahəsindəki quyuda gizlədilib. Həmin şəxsin kimliyi müəyyən edilib - o, yerli yol şirkətinin direktoru olub. İlkin məlumata görə, cinayət pul üçün törədilib. Şirkətin podratçılara bir neçə milyon rubl borcu var idi.
Faktla bağlı cinayət işi açılıb. Şübhəlilərin axtarışı davam etdirilir.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: