Reklam resmi
Reklam resmi

Dünən nazir təyin olunmuşdu, bu gün işdən çıxarıldı

Dünən nazir təyin olunmuşdu, bu gün işdən çıxarıldı
Gündəm

Xəbər verdiyimiz kimi, ötən gün Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasında iqtisadiyyat naziri təyin edilib.

Ajans.az Bakupost.az-a istinadla xəbər verir ki, Kazım Hüseynəliyevin nazir vəzifəsinin ömrü cəmi bir gün çəkib.

Belə ki, Muxtar Respublika rəhbərliyinin bu təyinatdan narazı qaldığı və onun ləğvi barədə göstəriş verdiyi bildirilir. Qeyd olunur ki, Kazım Hüseynəliyevin  nazir təyinatı ilə bağlı qərar da rəsmi resurslardan götürülüb.

Həqiqətən də Naxçıvan Ali Məclisinin https://alimajlis.gov.az/ saytının sərəncam, fərman və qərarlar bölmələrində Kazım Hüseynəliyevin nazir təyinatı ilə bağlı heç bir məlumat mövcud deyil. Buradakı əksər sənədlər aprel ayına aiddir.

Mövzular:
nazir Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikası iqtisadiyyat naziri təyin

Digər Xəbərlər