Reklam resmi
Reklam resmi

Hacıqabulun 3 kəndini sel basdı

Hacıqabulun 3 kəndini sel basdı
Gündəm
347

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altında qoyub.

Ajans.az xəbər verir ki, hazırda rayonda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində yaşayış evlərini basıb.

Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.

Hazırda intensiv yağış yağır, sel davam edir. Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb.

Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib.

Digər Xəbərlər