Reklam resmi
Reklam resmi

Mədəniyyət Nazirliyi esse müsabiqəsi ELAN EDİR

Mədəniyyət Nazirliyi  esse müsabiqəsi ELAN EDİR
Cəmiyyət

Müsabiqə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunur.

Ajans.az xəbər verir ki, “Vaqif Poeziya Günləri” çərçivəsində keçirilən müsabiqənin təşkilində əsas məqsəd yaradıcı potensialı

olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni əsərlərin yazılmasına stimul verməkdir. Müsabiqənin şərtləri: * Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər. * Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır. * Əsərlər Azərbaycan dillində yazılmalıdır. * Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon nömrəsi və e-mail) qeyd etməlidir. * Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur. Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcəkdir. Müsabiqənin mövzusu Mövzu: Şuşanın ədəbi irsi və Zəfər tariximizdə Şuşanın əhəmiyyəti Essenin həcmi: Mətnin həcmi 1000 sözdən çox olmamalıdır. Qaliblərin seçilməsi və mükafatlandırılması Komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 3 nəfər qalib seçiləcəkdir. “Vaqif Poeziya Günləri” çərçivəsində baş tutacaq mükafatlandırma mərasimi zamanı qaliblər diplom və pul mükafatı ilə təltif olunacaqlar. Müsabiqənin mükafat fondu: Birinci yer – 2500 manat İkinci yer – 1500 manat Üçüncü yer – 1000 manat Müsabiqənin müddəti: Müsabiqəyə esselərin qəbulu 31 may 2025-ci il tarixində sona çatacaq. İştirakçılar tərəfindən əsərlər [email protected] elektron poçt ünvanına göndərilməlidir. Əlavə məlumat üçün müraciət edə bilərsiniz: 012 147 ©️Nazirlik müsabiqəyə təqdim olunan əsərlərin müəlliflik hüququnu qorumaqla nəşrə hazırlanması və çapını həyata keçirə bilər.

author picture
Ajans muxbir
Mövzular:
MƏDƏNİYYƏT NAZİRLİYİ “Vaqif Poeziya Günləri” ESSE MÜSABİQƏ

Digər Xəbərlər