Azər Qasımovun xanımı işdən çıxdı — EKSKLÜZİV
Azərbaycan Prezidentinin sabiq mətbuat katibi Azər Qasımovun xanımı Aytən Qasımova vəzifəsindən ayrılıb.
Ajans.az Demokrat.az-a istinadən xəbər verir ki, Aytən Qasımov uzun illər çalışdığı Azərbaycan Dövlət Xəbər Agentliyindəki işindən (AZƏRTAC) çıxıb.
Aytən Qasımova 20 ilə yaxın idi ki, AZƏRTAC-da çalışırdı. Qeyd edək ki, Azərbaycan Prezidentinin sabiq mətbuat katibi Azər Qasımov bu yaxınlarda tutduğu vəzifədən azad edilib.