Reklam resmi
Reklam resmi

Milli Məclisə Kamran Əliyevlə bağlı təqdimat daxil oldu

Milli Məclisə Kamran Əliyevlə bağlı təqdimat daxil oldu
Cəmiyyət
956

Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə yeni - “Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında” məsələ daxil edilib.

Ajans.az xəbər verir ki, bu məsələ baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.

Beləliklə, gündəlikdəki məsələlərin sayı 12-dən 13-ə qaldırılıb.

Baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin daha 5 il uzadılması gözlənilir.

Qeyd edək ki, “Prokurorluq haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının baş prokurorunun səlahiyyət müddəti beş ildir. Kamran Əliyev 1 may 2020-ci ildən baş prokuror vəzifəsini icra edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Mövzular:
Milli Məclis iclas gündəlik dəyişiklik

Digər Xəbərlər