Reklam resmi
Reklam resmi

Əli Nağıyev: Əfqanıstanda sabitliyə təhdid yaradan pozucu qüvvələrin qarşısı alınmalıdır

Əli Nağıyev: Əfqanıstanda sabitliyə təhdid yaradan pozucu qüvvələrin qarşısı alınmalıdır
Gündəm

Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmalıdır.

Ajans.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Bakıda  “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Xidmət rəisi qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd  Əfqanıstanla bağlı məsələdə vahid mövqe ortaya qoyulmasıdır:

"Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutması, bu ölkədə əmin-amanlığın təmin edilməsi vacibdir. Bütün bunlar üçün region ölkələri və digər dövlətlər koordinasiyalı fəaliyyət və birgə səy göstərəcəklər".

Mövzular:
Əfqanıstan Əli Nağıyev terror general-polkovnik

Digər Xəbərlər