Reklam resmi
Reklam resmi

“Turizmi beləmi inkişaf etdirəcəyik?” – Çinə biletlər bahalaşdı, AZAL-dan NARAZILIQ

“Turizmi beləmi inkişaf etdirəcəyik?” – Çinə biletlər bahalaşdı, AZAL-dan NARAZILIQ
Cəmiyyət
537

Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rejimi qüvvəyə mindikdən sonra sosial şəbəkələrdə aviaşirkətlərin, xüsusilə AZAL-ın bilet qiymətlərinin artdığı iddia edilir.

Ajans.az xəbər verir ki, sosial platformalarda paylaşılan məlumatlara görə, viza ləğvindən sonra bəzi reyslər üzrə biletlərin qiymətində dəyişikliklər var. Bu da vətəndaşlar arasında narazılığa səbəb olub.

Məsələyə münasibət bildirən AZAL-ın mətbuat xidmətindən ''Ajans.az''a verilən açıqlamada bildirilib ki, aviabiletlərin qiymətləri dünya praktikasında olduğu kimi, dinamik qiymət siyasətinə əsasən tənzimlənir:

‘’Bilet qiymətlərinə tələbat, mövsüm, reysin dololuq səviyyəsi və bir sıra digər amillər təsir edir. Bundan əlavə, bilet qiymətində alınma vaxtı da rol oynayır. Məsələn, gediş tarixi nə qədər yaxındırsa və tələbat nə qədər çox olarsa, qiymət də bir o qədər yüksək ola bilər. Bildiyiniz kimi, Pekin istiqamətində hazırda tələbat artımı müşahidə olunur. Buna baxmayaraq, məsələn, may ayında 273 manata biletlər hələ də mövcuddur. Lakin öncə qeyd edildiyi kimi, uçuş tarixindən asılı olaraq məbləğ dəyişə bilər’’.

İqtisadçı ekspert Natiq Cəfərli isə deyib ki, Çinə aviabiletlərin qiymətinin artması, müsbət hal deyil:

‘’Əgər məqsədimiz vizasız gediş-gəlişi təşviq etmək və on minlərlə turist cəlb etməkdirsə, əksinə, qiymətlərdə ucuzlaşma olmalıdır. Bununla yanaşı, müxtəlif istiqamətlərdən uçuşların təşkilinə start verilməlidir. Yəni, Çinin təkcə bir şəhərindən deyil, bir neçə şəhərindən birbaşa reyslər həyata keçirilməlidir. Fikrimcə, bu qərar düzgün deyil. Ola bilər ki, yaxın zamanda bu səhv qərardan geri dönülsün. Çünki belə yanaşma ilə turizmin inkişafı çətin olacaq’’.

author picture
Ajans muxbir
Mövzular:
AZAL NATİQ CƏFƏRLİ ÇİN BİLET QİYMƏTİ

Digər Xəbərlər