İranla razılığa gəlmək səyləri yaxşı gedir - Tramp
ABŞ prezidenti Donald Tramp cümə axşamı yerli vaxtla ABŞ və İran nümayəndə heyətləri arasında şənbə günü Omanda keçirilən texniki danışıqlardan əvvəl deyib ki, ABŞ-nin İranla nüvə razılaşmasına nail olmaq səyləri yaxşı irəliləyir.
Ajans.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə keçirilən danışıqların üçüncü raundu ərəfəsində ABŞ prezidenti Ağ Evdə jurnalistlərə deyib:
"Mən hesab edirəm ki, İranla razılaşma yaxşı gedir. Orada çoxlu işlər görülür. Biz çox-çox yaxşı qərara gələ bilərik və çoxlu sayda insan həyatı xilas ediləcək. Biz İran sahəsində böyük irəliləyiş əldə etmişik. Onlarla çox ciddi görüşlərimiz oldu. Hər şey yaxşı gedir".
ABŞ prezidenti, həmişə olduğu kimi, İran İslam Respublikasına qarşı bəzi iddiaları təkrarlayaraq əlavə edib:
"Yalnız iki variant var, ikinci variant isə “heç yaxşı variant deyil”.
Mövzular: