Kaya Kallasın Azərbaycana səfəri əlamətdar hadisədir - Ceyhun Bayramov
9 il sonra Avropa İttifaqı ali nümayəndəsinin Azərbaycana səfəri əlamətdar hadisədir.
Ajans.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.
Nazir vurğulayıb ki, bu, əməkdaşlıq perspektivi baxımından önəmli fürsətdir.
Mövzular: