Reklam resmi
Reklam resmi

Rusiya Kiyevə tarixin ən faciəvi hücumunu TƏŞKİL ETDİ: 12 ÖLÜ, 100-dən artıq YARALI!

Rusiya Kiyevə tarixin ən faciəvi hücumunu TƏŞKİL ETDİ: 12 ÖLÜ, 100-dən artıq YARALI!
Siyasət

Rusiya, Ukraynanın paytaxtı Kiyevə müharibənin başlanmasından bu yana ən ağır raket hücumunu təşkil edib.

Ajans.az xəbər verir ki, nəticədə azı 12 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski hücumla bağlı açıqlamasında bildirib:

“İlkin müəyyənləşdirmələrə əsasən, ruslar Şimali Koreya istehsalı olan ballistik raketlərdən istifadə ediblər”.

Zelenski, Cənubi Afrikada Prezident Siril Ramafosa ilə görüşmək üçün səfərdə olarkən bu hücum baş verib. Bombardmandan sonra o, səfərini yarımçıq qoyaraq geri dönüb və Rusiyanın hücumlarını "təxirəsalınmadan və qeyd-şərtsiz" dayandırmalı olduğunu bəyan edib.

Ukrayna müharibə ərzində Rusiya hava hücumlarının daimi hədəfi olub. Lakin digər şəhərlərlə müqayisədə hava hücumundan müdafiə sistemləri ilə daha güclü qorunan Kiyevə ölümcül hücumlar nisbətən az olub. Bu son bombardman isə istisna təşkil edir.

Hücumlar, ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Zelenskiyə "Krımın işğalını barış şərti kimi qəbul etmədiyi" üçün sərt reaksiya göstərməsindən bir neçə saat sonra baş verib.

Bu bombardman ABŞ-nin Rusiyanı və Ukraynanı atəşkəsə razı salmaq cəhdlərini daha da sual altına alıb.

Rusiya Prezidenti Vladimir Putin, Zelenskinin mülki obyektlərə hücumların tamamilə dayandırılması təklifinə hələ də cavab verməyib. O, ötən ay ABŞ və Ukraynanın tam və qeyd-şərtsiz atəşkəs çağırışını rədd etmişdi.

Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Andriy Sıbixa, sosial şəbəkə paylaşımında qeyd edib:

"Putin sözləri ilə deyil, əməlləri ilə göstərir ki, heç bir sülh təşəbbüsünə hörmət etmir və yalnız müharibəni davam etdirmək istəyir."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Rusiya Ukrayna Hücum

Digər Xəbərlər