Reklam resmi
Reklam resmi

Əli Əliyev Rusiyada vəfat etdi- Azərbaycanda QOHUMLARI AXTARILIR

Əli Əliyev Rusiyada vəfat etdi- Azərbaycanda QOHUMLARI AXTARILIR
Cəmiyyət
2168

Salyan şəhərində 1954-cü ildə anadan olmuş Əliyev Əli Yadulla oğlu Rusiyanın Surqut şəhərində 71 yaşında dünyasını dəyişib.

Ajans.az xəbər verir ki, Hazırda onunla birgə yaşayan həmyerlilərimiz mərhumun nəşini Azərbaycana, doğulub boya-başa çatdığı Salyana göndərmək üçün təşəbbüs göstəriblər.

Lakin mərhumun Salyandakı yaxın qohumları ilə əlaqə qurmaq mümkün olmayıb. Hazırda cənazənin vətəndə torpağa tapşırılması üçün onun ailə üzvləri və yaxınlarının tapılması məqsədilə ictimaiyyətə müraciət olunub.

Əliyev Əli Yadulla oğlunun qohumlarını tanıyan şəxslərdən və ya ailə üzvlərindən xahiş olunur ki, bu məlumatı yayan şəxslə əlaqə saxlasınlar.

author picture
Ajans muxbir
Mövzular:
SALYAN AXTARIŞ ƏLİYEV ƏLİ

Digər Xəbərlər