Reklam resmi
Reklam resmi

Zaqatalada qəza - Xəsarət alanlar var

Zaqatalada qəza - Xəsarət alanlar var
Hadisə

Zaqatalanın mərkəzində üç avtomobil toqquşub.

Ajans.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Şəhər ərazisində “Mercedes” markalı avtomobili əvvəlcə sərnişin daşıyan “Mercedes-Vito”, daha sonra “BMW” ilə toqquşub.

Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirilib. Həkimlər yaralıların vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı Polis Şöbəsində araşdırma başlanılıb.

Mövzular:
qəza Zaqatala xəsarət avtomobil

Digər Xəbərlər