Avtomobil bazarında SON VƏZİYYƏT - Bahalaşma gedir?
Azərbaycan avtomobil bazarında hazırda alıcılıq qabiliyyəti xeyli zəifləyib.
Bu barədə Ajans.az-a danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri elektromobillərin dünya bazarında sürətlə yayılması və bunun ənənəvi satışlara təsir etməsidir:

‘’Hazırda bir çox avtomobil sahibləri nəqliyyat vasitələrini satışa çıxarsalar da, alıcı tapmaqda çətinlik çəkirlər. Alıcıların sayı azalıb, bu isə bazarda durğunluq yaradıb. Ənənəvi avtomobil bazarı ilə yanaşı, satışların böyük bir hissəsi artıq bank və lizinq şirkətləri vasitəsilə həyata keçirilir. Bu model ilkin ödənişsiz və ya hissə-hissə ödənişlə avtomobil almağa şərait yaratsa da, nəticədə nəqliyyat vasitələrinin qiymətlərinə təsir edir və ümumi satış mexanizmini dəyişdirir.
İlin əvvəlində bəzi modellərdə qiymət artımı müşahidə olunsa da, son aylarda bazarda nisbi ucuzlaşma müşahidə edilir. Xüsusilə ikinci əl avtomobillərdə qiymətlər aşağı düşüb. Bu vəziyyət, alıcı sayının azalması və bazardakı durğunluqla əlaqələndirilir’’.
Mövzular: