Reklam resmi
Reklam resmi

DİN: Məktəbdəki davada şagird xəsarət alıb - YENİLƏNİB

DİN: Məktəbdəki davada şagird xəsarət alıb - YENİLƏNİB
Hadisə
387

Araşdırmalar zamanı başqa bir şagirdin xəsarət alaraq xəstəxanaya müraciət etməsi məlum olub.

Bu barədə Ajans.az-a DİN-in Gəncə regional qrupundan məlumat verilib. 

Məlumata görə, hazırda müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

***

Gəncədə bir qrup məktəbli arasında dava olması və məktəblilərin xəsarət alması ilə bağlı xəbərlər yayılıb.

Hadisə ilə bağlı Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Ajans.az-a bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki məktəblərin birində 2 nəfər şagirdin mübahisə etməsi barədə məlumat daxil olub:

"Məsələ ilə bağlı həmin şagirdlərin valideynlərinin iştirakı ilə izahatı alınıb, məktəblilərdən xəsarət alan yoxdur. Hazırda araşdırmalar davam etdirilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Cavidan Mirzəzadə
Mövzular:
dava mektebliler gence şagirdler hadise

Digər Xəbərlər