Reklam resmi
Reklam resmi

Audiovizual Şura ümumölkə televiziya yayımçılarının proqramlarının janr bölgüsünü AÇIQLAYIB

Audiovizual Şura ümumölkə televiziya yayımçılarının proqramlarının janr bölgüsünü AÇIQLAYIB
Cəmiyyət

Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin birinci rübü ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.

Ajans.az xəbər verir ki, statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında cari ilin ilk üç ayı ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olmuşdur:

  22,9% - informasiya və analitik proqramlar

15,7% - idman proqramları

15,7% - musiqi və əyləncəli proqramlar

14,1% - bədii filmlər və seriallar

11,3% - reklam məzmunlu materiallar

  8,6% - mədəni-maarif janrında proqramlar

  3,7% - anonslar, elanlar

  2,9% - sənədli film və materiallar

  2,9% - sosial proqramlar

  1,2% - sosial çarxlar

  1,0% - uşaq proqramları və cizgi filmləri

Mövzular:
AUDİOVİZUAL ŞURA TELEVİZİYA JANR

Digər Xəbərlər