Reklam resmi
Reklam resmi

"KVN"çiyə Milli Məclisdə yüksək vəzifə verildi

\"KVN\"çiyə Milli Məclisdə yüksək vəzifə verildi
Cəmiyyət
1063

Xəbər verdiyimiz kimi, İlqar Nəbiyev parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsində sektor müdiri təyin edilib.

Ajans.az xəbər verir ki, o həm də KVN teatrının üzvlərindən biridir.

İlqar Nəbiyev 1976-cı ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxış etməyə başlayıb. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub.

2001-ci ildən Tahir İmanovun yaratdığı "Planet Parni iz Baku" KVN teatrında da iştirak edib.Hazırda İlqar Nəbiyev müxtəlif yumoristik layihələr hazırlayır və "Şən və Hazırcavablar klubu" yarışları təşkil edir. "İqra" Yaradıcılıq Birliyinin rəhbəridir.

İlqar Nəbiyev 2000-ci illərdən Milli Məclisdə müxtəlif şöbələrdə, həmçinin beynəlxalq əlaqələr şöbəsində çalışıb.

Həmçinin, İlqar Nəbiyev Azərbaycan-Rusiya parlamentlər arası ikili komissiyanın, MDB Parlament Assambleyasında Azərbaycanın parlamentinin nümayəndə heyətinin katibi vəzifələrində də çalışıb.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Cavidan Mirzəzadə
Mövzular:
ilqar nebiyev milli meclis vezife kvn

Digər Xəbərlər