Reklam resmi
Reklam resmi

Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə

Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə
Hadisə
310

Sumqayıtda tekstil fabrikində kütləvi zəhərlənmə olub.

Ajans.az xəbər verir ki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

TƏBİB-dən bildirilib ki, 21.04.2025-ci il tarixində saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Mövzular:
Sumqayıt Tekstil Fabriki zəhərlənmə qida

Digər Xəbərlər