4 yaşlı qız 2 həftə ölən ailəsinin meyitləri ilə yaşadı - Bu ölkədə
Nyu-York polisi anası və qardaşının cəsədləri ilə iki həftədir mənzildə qapalı qalan dörd yaşlı qızı xilas edə bilib.
Ajans.az xəbər verir ki, o, şokolad çubuğu sayəsində sağ qalmağı bacarıb. Bu barədə “People” nəşri yazıb. Qeyd olunur ki, qızın itməsi ilə bağlı həyəcan təbili çalan ilk şəxs babası olub.
Məqalədə deyilir:
"Promise Cotton adlı qız, narahat babası Hubert Cotton başqa bir ailə üzvünü nəvəsinin və qızının vəziyyətini yoxlamaq üçün göndərdikdən sonra, cümə günü, 18 apreldə Şərqi 231-ci küçədə Bronxdakı mənzildən xilas edilib".
Zəngə cavab verən polisin divanda oturmuş dörd yaşlı qız uşağı tapdığı bildirilir. Onun yanında anasının və qardaşının cəsədləri olub. O, şokolad yeyərək sağ qalmağı bacarıb. Amma qız hələ də çox yorğun olub. O, əlavə müayinə üçün xəstəxanaya aparılıb. Ana və qardaşın ölümü ilə bağlı təfərrüatlar üzə çıxmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.