Reklam resmi
Reklam resmi

“Qalatasaray” növbəti qələbəsini qazanıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb
Gündəm

Türkiyə Super Liqasında XXXII turun oyunları keçirilir.

Ajans.az xəbər verir ki, bu gün lider “Qalatasaray” meydana çıxıb.

Komanda “Bodrumspor”la qarşılaşıb. Görüşə “sarı-qırmızılılar” fəal başlayıblar.

İlk hissədə Lukas Torreyra fərqlənib. İkinci yarıda “Cimbom” daha bir qol vurub. Davinson Sançez komandasına qələbə qazandırıb - 2:0.

Bununla da, “Qalatasaray” “Fənərbaxça” ilə xal fərqini 6-ya yüksəldib.

Digər Xəbərlər