Reklam resmi
Reklam resmi

Sığorta nəhənginin CEO-su qətlə yetirildi – Ölüm cəzası istənilir!

Sığorta nəhənginin CEO-su qətlə yetirildi – Ölüm cəzası istənilir!
Kriminal

Luici Mançione ABŞ-də United Healthcare şirkətinin baş direktoru Brayan Tompsonun qətli ilə bağlı dörd federal maddə üzrə ittiham olunub.

Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı Mançione 17 aprel tarixində federal münsiflər heyəti tərəfindən iki dəfə təqib, silahla qətl və səsboğucu istifadə etmə ilə bağlı ittihamlarla rəsmi şəkildə təqsirləndirilib.

Tompson 2024-cü il 4 dekabrda, Nyu-Yorkun Midtown Manhattan bölgəsindəki Hilton otelinin qarşısında qətlə yetirilib. Beş gün sonra, 9 dekabrda, Mançione Pensilvaniyada bir McDonald's yaxınlığında, üzərində manifest və səssiz silah ilə saxlanılıb.

Federal qanunvericiliyə əsasən, silahla qətl ittihamı ölüm cəzası ilə nəticələnə bilər. Baş prokuror Pam Bondi artıq bu cəzanı tələb edəcəyini açıqlayıb və cinayəti "öncədən planlaşdırılmış, soyuqqanlı sui-qəsd" adlandırıb.

Mançionenin vəkili Karen Fridman Aqniifolo isə bu ittihamlara qarşı çıxaraq, Bondinin bəyanatlarının münsiflər heyətinə mənfi təsir etdiyini deyib.

Mançione Pennsilvaniya Universitetinin mühəndislik və kompüter elmləri üzrə bakalavr və magistr dərəcələrinə malikdir. Onun onurğa problemi və İBS (İrritabl Bağırsaq Sindromu) yaşadığı iddia edilir.

İctimaiyyət arasında sığorta sisteminə etiraz dalğası fonunda bu hadisə ölkədə geniş rezonans doğurub. Mançioneyə 900 min dollardan çox ianə toplanıb və həbsdə olarkən çoxsaylı məktublar alıb. Hazırda Bruklin Metropolitan Həbsxanasında saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Luici Mançione ABŞ United Healthcare Ceo Qətl

Digər Xəbərlər