Qəzza yenidən alovlandı: HƏMAS-dan İsrailə SARSIDICI CAVAB
18 martda Qəzzada əldə olunmuş atəşkəsi birtərəfli şəkildə pozaraq hücumlara yenidən başlayan İsrailə HƏMAS güclü cavab verib.
Ajans.az xəbər verir ki, HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadaları son 24 saatda Qəzzanın şərqindəki Ət-Tuffah məhəlləsində, Əl-Vəfa Xəstəxanası yaxınlığında İsrail ordusuna məxsus 3 Merkava tankını Yasin-105 raketləri ilə hədəfə aldıqlarını bildirib. İsrail tərəfi hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, İsrailin son atəşkəs təklifində HƏMAS-ın silah qoyması şərti yer almışdı. HƏMAS sözçüsü Sami Əbu Zuhri bu şərti “qəbulolunmaz” adlandıraraq, “Təslim olmaq bizim üçün seçim deyil. Dirənişin silahları qırmızı xəttimizdir,” – deyə bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: