Gəncədə gənc qadın dəm qazından zəhərlənib
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. 1999-cu il təvəllüdlü A. Həmzəyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 26 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.Faktla bağlı araşdırma aparılır.
Mövzular: