Reklam resmi
Reklam resmi

Əvəz Zeynallının azadlığa buraxılması üçün Prezidentə müraciət olundu

Əvəz Zeynallının azadlığa buraxılması üçün Prezidentə müraciət olundu
Gündəm

“Xural” TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallının səhhətində yaranan problemlərə görə azadlığa buraxılması üçün Prezident İlham Əliyevə rəsmi müraciət ünvanlanıb.

Ajans.az xəbər verir ki, bir sıra ictimaiyyət və media nümayəndələri, hüquq müdafiəçilərinin, eləcə də tanınmış şəxslərin imzaladığı müraciətdə qeyd olunur ki, 2022-ci ilin sentyabrında həbs edilən jurnalist həbsdə olduğu müddətdə ciddi sağlamlıq problemləri ilə üzləşib. Bir gözündən əməliyyat olunsa da, digər gözündə ehtiyac yaranmasına baxmayaraq, həkimlər həbsxana şəraitində müdaxiləyə imkan verməyiblər.

Son müayinələr zamanı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində Zeynallıya “metastatik yoğun bağırsaq xərçəngi (qara ciyərə yayılma ilə)” diaqnozu qoyulub. Bu isə xəstəliyin irəliləmiş və həyati təhlükə yaradan mərhələsi hesab olunur. Müraciətdə bildirilir ki, onun sağlamlıq vəziyyəti peşəkar müalicə tələb edir və bu proseslərin həbsxana şəraitində aparılması mümkün deyil.

Əvəz Zeynallının ictimai fəaliyyəti, ailə vəziyyəti və şəxsi keyfiyyətləri nəzərə alınaraq, onun barəsində verilmiş hökmün dəyişdirilməsi və azadlığa buraxılması istənilib.

Müraciətin sonunda Prezidentə belə səslənilir:

“Cənab Prezident!

Siz, Azərbaycana rəhbərlik etdiyiniz dövrdə dəfələrlə humanistlik göstərərək, minlərlə məhkumu əfv etmisiniz, insanlara növbəti şans tanımısınız!

İnanırıq ki, Əvəz Zeynallının həbsdən azad edilməsi və müalicəsinin lazımi səviyyədə aparılması üçün müstəsna səlahiyyətlərinizdən istifadə edərək, onun azadlığa buraxılması ilə bağlı lazımi göstərişi verəcəksiniz.

Əvvəlcədən Sizə dərin minnətdarlığımızı bildiririk”.

Müraciəti aşağıdakı tanınmış şəxslər imzalayıb: 

Novella Cəfəroğlu – Hüququ müdafiəçisi Səadət Bənənyarlı – Hüquq müdafiəçisi Arzu Abdullayeva – Hüquq müdafiəçisi Səidə Qocamanlı – Hüquq müdafiəçisi Dilarə Əfəndiyeva – Hüquq müdafiəçisi Hilal Məmmədov – Hüquq müdafiəçisi Fikrət Cəfərli – Hüququ müdafiəçisi Vüqar Məmmədov -“Hürriyyət” Media Qrupunun rəhbəri Mehman Əliyev – jurnalist Zaur Qəriboğlu – “Reaksiya” Media Qrupunun rəhbəri Rauf Arifoğlu –“ Yeni Müsavat” MQ-nun rəhbəri Sevil Nuriyeva – media nümayəndəsi Azər Həsrət – Hüquq müdafiəçisi, Əməkdar jurnalist Elçin Zahiroğlu – jurnalist İkram Rəhimov – jurnalist Ceyhun Musayev – jurnalist Ləman Ələşrəfqızı – Əməkdar jurnalist, LAF TV internet kanalının həmtəsisçisi Şirin Cəfəri – “Gündəm Xəbər” MQ-nun rəhbəri Nəsimi Şərəfxanlı – “Cümhüriyyət” MQ-nun rəhbəri Zülfüqar Savaş – Savashmedia.az saytının rəhbəri Murad Köhnəqala – yazıçı, jurnalist Aygün Muradxanlı – Prime TV youtube kanalının həmtəsisçisi Şahin Nəcəfov – Prime TV youtube kanalının həmtəsisçisi Kamran Həsənli – aparıcı jurnalist Rüstəm Behrudi – Şair Niyaz Niftiyev – Tarixçi, jurnalist Elxan Şükürlü – jurnalist Fadil Paşayev – Konkret az saytının rəhbəri Bəhram İsmayıl – ABP sədri Pənah Hüseyn – Azərbaycan Xalq Partiyasının sədri Mirmahmud Mirəli oğlu – Klassik Xalq Cəbhəsi Partiyasının sədri Fərəc Quliyev – Milli Demokrat Hərəkatı Partiyasının sədri İqbal Ağazadə – Ümid Partiyasının sədri Qorxmaz İbrahimli – MHB rəhbəri Başxanım Abbasova – Şəhid Teymur Abbasovun anası Səbirə Mahmudova – veteran jurnalist Elçin Həsənzadə – Hüquq müdafiəçisi İlqar Hüseynli – “Xural” Media Qrupunun əməkdaşı

Digər Xəbərlər