"Səni axtarıram" proqramı 15 illik yubileyini qeyd edir
Azərbaycanda uzun illərdir itkin düşən insanların axtarışı və ailələrin birləşdirilməsi missiyasını həyata keçirən “Səni axtarıram” proqramı 15 illik yubileyini qeyd edir. Bu müddət ərzində proqram yüzlərlə ailəni bir araya gətirməyi bacarıb və cəmiyyətin dərin rəğbətini qazanıb.
Ajans.az xəbər verir ki, proqramın aparıcısı Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan “Səni axtarıram” təkcə televiziya layihəsi deyil, həm də insanlıq hekayələrinə işıq tutan və ümid dolu mesajlar verən mühüm bir sosial layihə kimi yadda qalıb.
View this post on Instagram