Reklam resmi
Reklam resmi

İstanbul bələdiyyəsinə aid maşında 8 miqrant saxlanıldı

İstanbul bələdiyyəsinə aid maşında 8 miqrant saxlanıldı
Gündəm

Türkiyənin Ədirnə vilayətində İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) məxsus yük maşınında 8 qeyri-qanuni miqrant saxlanılıb, avtomobili idarə edən İBB işçisi isə həbs edilib.

Ajans.az xəbər verir ki, saxlanılan miqrantlardan beşinin Suriya, üçünün isə İraq vətəndaşı olduğu müəyyən edilib.

Aparılan axtarış zamanı bir şişmə qayıq da tapılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsinin sürücüsünün İBB-də işlədiyi, başqa bir şirkət adına rəsmiləşdirilən maşınının isə bələdiyyənin yaşıllaşdırma işlərindən cavabdeh qurumu tərəfindən icarəyə götürüldüyü müəyyən edilib.

Digər Xəbərlər