Reklam resmi
Reklam resmi

Ağlasığmaz hadisə: uşağın ağciyərindən görün nə çıxarıldı

Ağlasığmaz hadisə: uşağın ağciyərindən görün nə çıxarıldı
Hadisə

Bakıda 9 yaşlı uşağın ağciyərindən yad cisim çıxarılıb.

Ajans.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, Zaqatala sakini olan İslam Qurbanovun  səhhətində narahatlıq yaranıb. Həkim də rentgendən sonra ona soyuqdəymə əlieyhinə müalicə yazıb. Xeyli müddət də bu cür müalicə olunub. Lakin Bakıya gətirildikdə məlum olub ki, azyaşlı düymə udub.

O da məlum olub ki, məktəbli yoldaşları ilə oynayan zaman kiçik dəmir parçasını udan İslam Qurbanov bununla bağlı valideynlərinə məlumat verməyib.

Daha sonra isə azyaşlının səhhətində problemlər ortaya çıxıb. Həkimə aparılan uşaq soyuqdəymə əlehinə müalicələr alıb.

Bundan sonra uşaqla həmsöhbət olan ana övladının düymə udduğunu öyrənib. Rayondan Bakıya gətirlən uşaq özəl xəstəxanaların birində əməliyyat olunub.

Uşaq müalicəsini evdə davam etdirmək üçün xəstəxanadan buraxılıb.

Mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edirik.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans muxbir

Digər Xəbərlər