Zəlzələ qurbanlarının sayı artdı
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3564 nəfərə çatıb.
Ajans.az xəbər verir ki, güclü zəlzələ nəticəsində 5012 nəfər xəsarət alıb, daha 210 nəfər itkin düşüb.
Xatırladaq ki, martın 27-də Myanmada güclü zəlzələ baş verib. Onun maqnitudası 7,7 olub. Yeraltı təkanları Tailand, Çin və Vyetnam sakinləri də hiss ediblər.