Reklam resmi
Reklam resmi

Fanatı tərəfindən zəhərləndiyi iddia edilən Paşa öldü

Fanatı tərəfindən zəhərləndiyi iddia edilən Paşa öldü
Gündəm

Reper Paşa Texnik Tailandda dünyasını dəyişib.

Ajans.az xəbər verir ki, bu barədə yaxınları "Telegram" kanalında məlumat veriblər.

Reper 41 yaşında dünyasını dəyişib. Aprelin 4-ü günorta saatlarında məlum olub ki, reper klinik ölüm keçirib, lakin həkimlər onu reanimasiyada ayıltmağa müvəffəq olublar. Axşam saatlarında reperin vəziyyəti kəskin pisləşib və o, dünyasını dəyişib. Reperə sepsisli aspirasiya pnevmoniyası diaqnozu qoyulub. Təsdiqlənməmiş məlumatlara görə, bu, qadağan olunmuş maddələrlə şiddətli zəhərlənmə nəticəsində yarana bilər.

Reperin dostları onun məclisdəki pərəstişkarlarından biri tərəfindən zəhərlənə biləcəyini iddia edirlər.

Digər Xəbərlər