Reklam resmi
Reklam resmi

Zəbt olunmuş məktəb ərazisi ilə bağlı qurumdan RƏSMİ CAVAB

Zəbt olunmuş məktəb ərazisi ilə bağlı qurumdan RƏSMİ CAVAB
Cəmiyyət

Nizami rayonu, Qara Qarayev prospekti, ev 82A-nın həyətində, 61 saylı orta məktəbin ərazisində (vaxtilə məktəbin ərazisi olub, sonra zəbt edilib) 2 gündür gecə-gündüz dayanmadan tikinti gedir.

Bununla bağlı "Bakı gündəliyi" Facebook səhfəsində məlumat paylaşılıb. Məlumata görə, ərazidə avtoyuma məntəqəsi və başqa təyinatlı obyektlər tikilir.  Tikintiyə rəsmi icazə verilib-verilmədiyi isə məlum deyil. Ajans.az xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyəti məsələyə münasibət bildirdi.  Verilən xəbərə görə, Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən rayon ərazisində memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə mütəmadi olaraq keçirilən monitorinqlər zamanı Q. Qarayev prospekti, giriş 406E ünvanında mövcud qeyri-yaşayış obyektinə bitişik və istifadəsində olan ərazidə müvafiq hüquq müəyyənedici və icazə verici sənədlər olmadan tikinti-quraşdırma işlərinin aparılmasına cəhd göstərilməsi faktı müəyyən olunmuş və qarşısı alınıb: ‘’Qanuna müvafiq qaydada tədbirlərin görülməsi üçün tərəfimizdən aidiyyatı qurumlara müraciət olunmuşdur. Nəzərinizə çatdırırıq ki, sözügedən məqalədə qeyd olunan, həmin ərazinin məktəb ərazisi olması ilə bağlı məsələ həqiqəti əks etdirmir’’.  

 

author picture
Ajans muxbir

Digər Xəbərlər