Reklam resmi
Reklam resmi

Blinken İsrailə getdi - KİV

Blinken İsrailə getdi - KİV
Siyasət

ABŞ dövlət katibi Antoni Blinken 2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının İsrail yaşayış məntəqələrinə hücumundan sonra bölgədəki vəziyyətin pisləşməsinə görə Yaxın Şərqə 11-ci səfərinə başladığı İsrailə gəlib.

Ajans.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Blinkenin İsraildə Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu və prezident İsaak Hersoqla görüşü nəzərdə tutulub. Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bir gün əvvəl dediyi kimi, Blinkenin Yaxın Şərq turu oktyabrın 21-dən 25-dək davam edəcək.

Dövlət katibi regionda Qəzza zolağında müharibənin dayandırılmasının, bütün girovların azad edilməsinin və Fələstin xalqının əzabının yüngülləşdirilməsinin vacibliyini, həmçinin İsrail ilə Hizbullah münaqişənin diplomatik həllinin zəruriliyini müzakirə etmək niyyətindədir.

author picture
Ajans_az Muxbir
Mövzular:
blinken kiv israil

Digər Xəbərlər