Reklam resmi
Reklam resmi

Yağıntılar nə vaxtadək davam edəcək? - RƏSMİ

Yağıntılar nə vaxtadək davam edəcək? - RƏSMİ
Gündəm

“Ölkə ərazisində yağıntılı hava şəraiti gün ərzində tədricən kəsiləcək”.

Bu barədə “Ajans”a Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

O bildirilib ki, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir:

“Müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda  tədricən kəsiləcək”.

Onun sözlərinə görə, oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir: “Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək”.

Mövzular:
Yağıntı hava Proqnoz gündəm

Digər Xəbərlər