Reklam resmi
Reklam resmi

Azərbaycanın bir güləşçisi finala yüksəlib, digəri bürünc medal görüşünə çıxacaq

Azərbaycanın bir güləşçisi finala yüksəlib, digəri bürünc medal görüşünə çıxacaq
Gündəm

lbaniyanın paytaxtı Tirana şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Ajans.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində mübarizəyə start verilib.

Azərbaycan təmsilçilərindən Ruslan Nurullayev (72 kiloqram) startda bolqarıstanlı Dimitar Georgiyevi vaxtından əvvəl məğlub edib – 10:1. Nurullayev daha sonra litvalı Rokas Çepauskası 3:1 hesabı ilə üstələyib. Ruslan yarımfinalda ukraynalı Oleq Xəlilovdan güclü olub – 4:2. Həmyerlimiz sabah finalda rusiyalı Danil Qriqoryevlə qarşılaşacaq.

Elmin Əliyev (82 kiloqram) 1/8 finalda macarıstanlı Dominik Botosu (5:2), 1/4 finalda isə isveçli Aleksander Yohanssonu (6:5) mübarizədən kənarlaşdırıb. O, finalın bir addımlığında moldovalı Aleksandru Soloveylə bacarmayıb – 0:8. Əliyev sabah bürünc medal uğrunda İbrahim Tabayev (Belçika) – Conni Sarkkinen (Finlandiya) görüşünün qalibi ilə güləşəcək.

Hüseyn Qəribov (60 kiloqram) və Aqil Musayev (97 kiloqram) 1/8 finalda, Fərid Xəlilov (67 kiloqram) 1/4 finalda uduzub.

Digər Xəbərlər