BMT helikopteri atəşə tutuldu: general və 28 hərbçi öldü
Birləşmiş Millətlər Təşkilatına məxsus helikopter Cənubi Sudanın Nasir şəhərində atəşə tutulub.
Ajans.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb.
Bildirilib ki, helikopter Cənubi Sudan hərbçilərini təxliyə etməyə çalışarkən atəşə tutulub. Nəticədə bir ekipaj üzvü və bir general da daxil olmaqla, bir neçə hərbçi ölüb.