Reklam resmi
Reklam resmi

Ruslan Qurbanov hakimləri təhqir etdiyinə görə cəzalandırıldı

Ruslan Qurbanov hakimləri təhqir etdiyinə görə cəzalandırıldı
İdman

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Ajans.az xəbər verir ki, iclasda Azərbaycan 1-ci və 2-ci liqalarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib. 

Qurum Azərbaycan millisinin sabiq üzvü Ruslan Qurbanovu cəzalandırıb. Belə ki, 2-ci liqanın 14-cü turunda “Haypers Quba” – “Şəmkir” oyununun 39-cu dəqiqəsində “Haypers Quba”nın formasını geyinən Ruslan Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən o, 4 oyun cəzalandırılıb. “Haypers Quba” 300 manat cərimələnib. 

Eyni görüşün 90+4-cü dəqiqəsində “Haypers Quba”nın digər futbolçusu Sənan Aslanov da təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb. Klub 300 manat cərimə edilib.

Həmçinin 1-ci liqanın 16-cı turunda “Bakı Sportinq” – “Cəbrayıl” oyununun 87-ci dəqiqəsində “Bakı Sportinq”in 17 nömrəli futbolçusu Orxan Fərəcov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb. Onun klubu 300 manat cərimələnib.

Bundan əlavə, sözügedən matçın 87-ci dəqiqəsində “Cəbrayıl”ın 99 nömrəli futbolçusu Okan Təhməzli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb. “Cəbrayıl” 300 manat cərimə edilib.

Mövzular:
Ruslan Qurbanov

Digər Xəbərlər