Goranboyda minik maşını ağaca çırpıldı
Goranboyda minik maşını ağaca çırpılıb.
Ajans.az xəbər verir ki,hadisə Goran-Goranboy yolunda baş verib. İdarəetmədən çıxan minik avtomobili yol kənarındakı ağaca çırpılıb .Qəza zamanı maşına zərər dəysə də, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.