Reklam resmi
Reklam resmi

Bu gün “Şuşa fatehi” Hikmət Mirzəyevin DOĞUM GÜNÜDÜR

Bu gün “Şuşa fatehi” Hikmət Mirzəyevin DOĞUM GÜNÜDÜR
Cəmiyyət

Bu gün, Müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı, Vətən Müharibəsi Qəhrəmanı, general-polkovnik Hikmət Mirzəyevin doğum günüdür.

Ajans.az xəbər verir ki, Hikmət Mirzəyev 1968-ci ildə Biləsuvarda anadan olub.

O, Birinci Qarabağ müharibəsində xüsusi təyinatlı taborun tərkibində döyüşüb. Hikmət Mirzəyev ulu öndər Heydər Əliyevin prezident olduğu illərdə polkovnik-leytenant rütbəsini daşıyıb. Ona polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 2002-ci ilin 19 yanvarında Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor hərbi rütbəsini alıb.

Hikmət Mirzəyev 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Cəbrayılın və Şuşanın azad edilməsi əməliyyatlarına başçılıq edib.

Prezident İlham Əliyevin 2020-ci ilin oktyabrın 17-də imzaladığı sərəncamla Hikmət Mirzəyevə general-leytenant hərbi rütbəsi verilib. Hikmət Mirzəyev 2024-cü il yanvarın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Quru Qoşunlarının komandanı təyin edilib. 2024-cü il noyabrın yeddisində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-polkovnik rütbəsi alıb. Hikmət Mirzəyev adını tarixə “Şuşa fatehi” kimi yazdırıb.

Mövzular:
Hikmət Mirzəyev Doğum Günü

Digər Xəbərlər