Reklam resmi
Reklam resmi

Bakı-Sumqayıt yolunda “BMW” markalı minik avtomobili yandı - VİDEO

Bakı-Sumqayıt yolunda “BMW” markalı minik avtomobili yandı - VİDEO
Gündəm

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şossesinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Ajans.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin idarəetmə lövhəsi yanıb.

Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.

Digər Xəbərlər