5 yaşlı Dəniz nənəsinin dərmanlarını içibmiş - TƏFƏRRÜAT
Beyləqanda azyaşlının dərmandan zəhərlənərək vəfat etməsinin bəzi təfərrüatları məlum olub.
Ajans.az xəbər verir ki, 5 yaşlı Dəniz Tahirlinin qohumunun sözlərinə görə, valideynləri uşağın zəhərlənməsindən 15-20 dəqiqə sonra xəbər tutublar.
Qohumunun dediklərinə görə, azyaşlı nənəsinin şəkər dərmanlarını atıb. Bundan xəbər tutan valideynləri onu dərhal xəstəxanaya çatdırıb, lakin uşaq yarım saat sonra dünyasını dəyişib.
Ətraflı ATV-nin sujetində: