Azər Baxşəliyevin xanımından ürəkdağlayan SÖZLƏR - VİDEO
“Sabah Sevgililər günüdür. İlk dəfədir ki, 14 fevralda mən ona gül aparacağam”.
Ajans.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu sözləri mərhum aktyor Azər Baxşəliyevin memar həyat yoldaşı Nigar Seyid deyib.
O, Azərlə tanışlığından, birlikdə yaşadıqları çətinliklərdən söz açıb. Bu il ilk dəfə qızı ilə virusa yoluxduğu üçün Yeni ili ayrı qeyd etdiklərini bildirib.
Qeyd edək ki, bu gün mərhum aktyor Azər Baxşəliyevin ölümündən 40 gün ötür.
Azər uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, yanvarda dünyasını dəyişib.
Azər və Nigarın bu nikahdan Züleyxa adlı bir qız övladı var.
View this post on Instagram
Mövzular: