"Kenquru" olimpiadası Fransa şirkətinə məxsusdur? - Nazir cavabladı
""Kenquru" olimpiadasına külli miqdarda pul köçürdülmür".
Bunu elm və təhsil naziri Emin Əmrullayev, bu gün keçirdiyi brifinqdə Ajans.az xəbər portalının baş redaktoru Tural Müseyibovun sualına cavabında bildirib.
Nazir əlavə edib ki, "Kenquru" olimpiadasına 150 avro köçürülür. Həmçinin onu da qeyd edib ki, bir çox beynəlxalq şirkətlərin adı fransızcadır.
E. Əmrullayev onu da qeyd edib ki, bu olimpiadaya müraciət edib-etməmək tamamilə valideynlərin ixtiyarındadır.
Nazir ofisin yerləşdiyi məkanla bağlı sualları isə cavabsız qoyub.
View this post on Instagram
Mövzular: