Reklam resmi
Reklam resmi

Yağış yağıb, duman olub - FAKTİKİ HAVA

Yağış yağıb, duman olub - FAKTİKİ HAVA
Cəmiyyət

Yanvarın 24-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ajans.az-a verilən xəbərə görə, hava şəraiti ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı olub.

Belə ki, düşən yağıntının miqdarı Şamaxıda 4, Qobustan, Altıağac, İsmayıllıda 3, Şəki, Oğuz, Şahbuz, Gəncə, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Neftçala, Qəbələdə 2 mm-dir.

Göyçay, Yevlax, Lerik, Şəmkir, Oğuz, Şamaxı, Qax, Şəki, Qobustanda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.

Mövzular:
Yağış Duman Hava Faktiki hava Azərbaycan

Digər Xəbərlər