Netanyahu Trampla danışıqlar apardığını BİLDİRDİ

Netanyahu Trampla danışıqlar apardığını
Netanyahu
Dünya 18-06-2025 - 23:00

İsrailin Baş naziri Binyamin Netanyahu bir gün əvvəl ABŞ Prezidenti Donald Trampla “səmimi söhbət” etdiyini bildirib.

Ajans.az xəbər verir ki, Netanyahu İsrail ordusunun İrana endirdiyi zərbələr fonunda ona verdiyi dəstəyə görə təşəkkür edib.

Baş nazirin ofisinin yaydığı açıqlamada bildirir: "İsrail Dövlətinin böyük dostu olan Prezident Trampa təşəkkür etmək istəyirəm. Ona dəstəyinə, bizim tərəfimizdə dayandığına və İsrailin səmasını qorumaqda ABŞ-nin göstərdiyi köməyə görə təşəkkür edirəm. Dünən axşam da daxil olmaqla, davamlı ünsiyyətdəyik. Çox səmimi söhbət oldu. Mən Prezident Trampa dəstəyinə görə təşəkkür edirəm".

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.