Neosoul ulduzu vəfat etdi

Neosoul ulduzu
Dünya 14-10-2025 - 23:28

Neosoul janrının tanınmış müğənnisi D’Angelo (əsl adı Maykl Yucin Arçer) 51 yaşında vəfat edib.

Ajans.az xəbər verir ki, onun ölümünə uzun sürən mədəaltı vəzi xərçəngi səbəb olub.

Qeyd edək ki, Maykl Yucin Arçer 1990-cı illərdə neosoul musiqi janrının simvoluna çevrilmişdi. O, qospel, fank, caz və hip-hop üslublarını birləşdirərək özünəməxsus bir səs yaratmışdı.

2000-ci ildə D’Angelo “Voodoo” adlı albomunu təqdim edən sənətçi iki "Qremmi" mükafatı qazanmışdı. Uzun fasilədən sonra 2014-cü ildə “Black Messiah” adlı albomu ilə musiqi səhnəsinə geri dönmüşdü.

PAYLAŞ: