"Neftçi" fransalı yarımmüdafiəçini transfer etdi

"Neftçi" fransalı yarımmüdafiəçini
İdman 05-07-2025 - 23:45

“Neftçi” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.

Ajans.az  xəbər verir ki, fransalı sağ cinah yarımmüdafiəçisi İmad Faraj artıq “Neftçi” ailəsinin üzvüdür. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

“Lill” akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu AEK (Larnaka) ilə Kipr Kubokunun qalibi olub. Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.

PAYLAŞ: