Nazirliyin tabeliyindəki AGENTLİK YOXLANILIR

Nazirliyin tabeliyindəki AGENTLİK
Kriminal 05-11-2025 - 18:50

2025-ci ilin işlər planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində nəzarət tədbiri həyata keçirilir.

Ajans.az xəbər verir ki, Hesablama Palatasından məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq məlumat verilib. Adı çəkilən agentlikdə audit prosesi hazırda davam edir.

Qeyd edilib ki, yoxlamalar "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" Qanunun 22-ci maddəsinə uyğun aparılır.

Qurumdan əlavə məlumatın nəticələr yekunlaşdıqdan sonra açıqlana biləcəyi qeyd olunub.

PAYLAŞ: