Naxçıvanda avtobus aşdı - 4 nəfər xəsarət aldı

Hadisə
15-06-2025 - 17:40
Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb.
Ajans.az xəbər verir ki, hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı 67-BF-243 dövlət nömrəli nişanlı "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Hadisədə 3-ü qadın biri uşaq olmaqla 4 nəfər xəsarət alıb.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.