NATO-nun hərbi maşını AŞDI

NATO-nun hərbi maşını
Nato
Dünya 16-05-2025 - 21:00

Rumıniyada NATO-ya məxsus hərbi yük maşını dəmir yolu körpüsündən aşaraq qəzaya düşüb.

Ajans.az xəbər verir ki, qəza nəticəsində iki fransalı hərbçi yaralanıb. 

Hadisə mayın 16-da Kalimanesti şəhərinin dolama yolunda (Valça qraflığı) baş verib. Yük maşını Çinkudan Smirdana gedən fransız kolonyasının nəqliyyat vasitəsi olub.  Avtomobil aşdıqdan sonra əsgərlərə təcili tibbi yardım briqadaları və xilasedicilər tərəfindən qısa müddətdə kömək göstərilib. Onlar xəstəxanaya aparılıblar. Zərərçəkənlərin vəziyyəti stabil qiymətləndirilir.

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.